• cümə axşamı, 28 mart, 13:47
  • Baku Bakı 16°C

Gürcüstanın hakim partiyası Marneulinin icra başçısı vəzifəsinə azərbaycanlının namizədliyini irəli sürüb

24.09.17 21:23 1081
Gürcüstanın hakim partiyası Marneulinin icra başçısı vəzifəsinə azərbaycanlının namizədliyini irəli sürüb
Gürcüstanın hakim "Gürcü arzusu-Demokratik Gürcüstan” partiyası sentyabrın 24-də azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonun icra hakimiyyəti başçısı postuna namizədini rəsmən təqdim edib.
"Report”un Gürcüstan bürosu xəbər verir ki, hakim partiyanın deputatları Savalan Mirzəyev, Ruslan Hacıyev, Tamaz Naveriani, Kvemo Kartli-Borçalı bölgəsi qubernatorunun müavini Zaur Darğallı və digər rəsmi şəxslər bu gün Marneulidə olublar.
Rayon ictimaiyyəti nümayəndələrinin də iştirak etdiyi görüşdə Marneuli rayonunda icra hakimiyyəti başçısı vəzifəsinə Tbilisidə anadan olmuş, Gürcüstanın Azərbaycandakı səfirliyində çalışmış Teymur Abbasovun (Temuri Abbazovi) namizədliyi irəli sürülüb.
Namizd Teymur Abbasov çıxışında ona göstərilən etimadı doğruldacağını, Marneulinin inkişafına, azərbaycanlıların Gürcüstan ictimaiyyətinə və Avropaya inteqrasiyasını gücləndirməyə çalışacağını bildirib.
banner

Oxşar Xəbərlər