AZE | RUS | ENG |


Gürcüstanın baş naziri: “Regionda böyük inkişaf tendensiyası var”

Gürcüstanın baş naziri: “Regionda böyük inkişaf tendensiyası var”
"Bu gün yalnız Gürcüstanda deyil, regionda da böyük inkişaf tendensiyası var”. APA-nın yerli bürosunun məlumatına əsasən, bunu Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili hökumətin iclasında deyib. Baş nazirin sözlərinə görə, Gürcüstanda iqtisadi artım ölkənin Ukrayna hadisələrinə görə regionda yaranmış böhrandan uğurla çıxdığını göstərir.
 
"İlin sonuna Gürcüstanda iqtisadi artım planlaşdırıldığından daha yüksək olacaq. Beynəlxalq Valyuta Fondu Gürcüstanda iqtisadi artım proqnozunu 4,3%-ə qədər yaxşılaşdırıb, lakin biz ilin sonuna daha böyük artım tempini gözləyirik”, - deyə G.Kvirikaşvili söyləyib.
 
Qeyd edək ki, 2017-ci ilin ikinci rübündə Gürcüstanda iqtisadi artım 4,7% təşkil edib. Hökumət bu il üçün 4% iqtisadi artım planlaşdırıb. 2016-cı ildə qonşu ölkədə real iqtisadi artım 2,2% təşkil edib.





Paylaş:

Facebook-da

Reklam

Xəbər lenti

Valyuta məzənnəsi

Tipi Ədə. Adı AZN
IRR 100 İran rialı 0.0042
GEL 1 Gürcü larisi 0.6654
GBP 1 İngilis funt sterlinqi 2.2846
TRY 1 Türk lirəsi 0.4379
KWD 1 Küveyt dinarı 5.6285
SEK 1 İsveç kronu 0.2014
EUR 1 Avro 2.0032
CHF 1 İsveçrə frankı 1.7194
USD 1 ABŞ dolları 1.7001