• çərşənbə axşamı, 19 mart, 14:10
  • Baku Bakı 8°C

Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın borcu var

20.11.19 20:43 1554
Gürcüstanın Azərbaycana 7 milyon dollara yaxın borcu var
Cari il noyabrın 1-nə olan məlumata görə, Gürcüstanın Azərbaycana 6,874 milyon ABŞ dolları həcmində dövlət borcu var.
AZƏRTACxəbər verir ki, bu barədə Gürcüstan Maliyyə Nazirliyinin aylıq hesabatında bildirilir.
Məlumatda deyilir ki, noyabrın 1-i tarixinə Gürcüstanın 5 419 812 milyon ABŞ dolları həcmində xarici dövlət borcu var. Bunun 5 212 904 milyon dolları hökumətin borcudur.
Gürcüstanın ən çox borcu olduğu ölkələr sırasında ilk üçlükdə Almaniya (315,251 milyon dollar), Fransa (234,0911 milyon dollar) və Yaponiya (215,366 milyon dollar) yer alıb.
banner

Oxşar Xəbərlər