• çərşənbə axşamı, 16 aprel, 23:08
  • Baku Bakı 18°C

Gürcüstandan Azərbaycana yanvar-noyabrda 21 mindən çox minik avtomobili gətirilib

21.12.20 13:15 381
Gürcüstandan Azərbaycana yanvar-noyabrda 21 mindən çox minik avtomobili gətirilib
Bu ilin yanvar-noyabr ayları ərzində Gürcüstandan Azərbaycana 204 211,04 min ABŞ dolları dəyərində 21 083 minik avtomobili ixrac edilib.
APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında qeyd olunub.
Bildirilib ki, Azərbaycana ixrac edilən məhsulun dəyəri illik müqayisədə 17 899,65 min dollar və ya 8,8% artıb, sayı isə 1 163 vahid və ya 5,5% azalıb. Belə ki, ötən ilin 11 ayı ərzində Gürcüstandan Azərbaycana 204 211,04 min dollar dəyərində 21 083 minik avtomobili ixrac edilib.
Hesabat dövründə Gürcüstandan Azərbaycana 61 traktor ixrac edilib ki, bunun da ümumi dəyəri 842,7 min dollar təşkil edib. Bu il Gürcüstandan Azərbaycana ixrac edilən traktorların sayı illik müqayisədə 2,7 dəfə, dəyəri isə 3,6 dəfə azalıb.

banner

Oxşar Xəbərlər