Gürcüstanda azərbaycanlıların yaşadığı qəsəbədə keçirilən xüsusi əməliyyat barədə rəsmi məlumat yayılıb
Gürcüstan Daxili İşlər Nazirliyi Tbilisinin azərbaycanlılar sıx yaşadığı Poniçala qəsəbəsində keçirilmiş xüsusi əməliyyatla bağlı məlumat yayıb.
APA-nın yerli bürosu DİN-ə istinadən verdiyi məlumata görə, iki qardaş - 1989-cu il təvəllüdlü N.C. və 1976-cı il təvəllüdlü M.C. narkotik vasitələrin satışı və saxlanılmasına görə həbs olunub.
Təqsirləndirilən şəxslərin sistematik olaraq narkotik vasitələri satdıqları müəyyən olunub. Saxlanılan şəxslərin evində aparılan axtarış zamanı 33 bağlama heroin müsadirə olunub.