AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gürcüstana uçan Azərbaycan vətəndaşları artıq karantindən keçməyəcəklər

Gürcüstana uçan Azərbaycan vətəndaşları artıq karantindən keçməyəcəklər

İqtisadiyyat
01 Mart 2021, 09:30 233
Gürcüstana uçan Azərbaycan vətəndaşları artıq karantindən keçməyəcəklər.
 
Trend-in məlumatına görə, bu barədə qərarı Gürcüstanın Baş Naziri yanında COVID-19 pandemiyasına qarşı mübarizə üzrə idarələrarası koordinasiya şurası qəbul edib.
 
Qərara əsasən, Gürcüstana birbaşa və ya üçüncü ölkələrdən təyyarə ilə yollanacaq Azərbaycan vətəndaşlarından 72 saatdan gec olmayaraq edilən PCR testinin mənfi nəticəsini təsdiqləyən arayış tələb olunacaq.
 
Beləliklə, Gürcüstana uçan Azərbaycan vətəndaşları 12 günlük məcburi karantin keçməyəcəklər.