• cümə, 29 Mart, 09:50
  • Baku Bakı 5°C

Gürcüstan ötən il istehlak etdiyi elektrik enerjisinin 67,75 faizini Azərbaycandan alıb

16.01.20 10:15 1117
Gürcüstan ötən il istehlak etdiyi elektrik enerjisinin 67,75 faizini Azərbaycandan alıb
Gürcüstan 2019-cu ildə saatda 1626 milyon kilovatt elektrik enerjisi tədarük edib. Bunun saatda 1101 milyon kilovattı və ya 67,75 faizi Azərbaycanın payına düşüb.
AZƏRTACxəbər verir ki, bu barədə "Gürcüstanın elektrik enerjisi sisteminin kommersiya operatoru”nun (ESCO) hesabatında məlumat verilir.
Bildirilib ki, illik müqayisədə Gürcüstan Azərbaycandan elektrik enerjisi idxalını saatda 128 milyon kilovatt və yaxud 10,4 faiz azaldıb.
Hesabat ilində Gürcüstanın ixrac etdiyi elektrik enerjisinin həcmi isə saatda 243,42 milyon kilovatta bərabər olub.
banner

Oxşar Xəbərlər