• cümə, 29 Mart, 03:18
  • Baku Bakı 7°C

Gürcüstan parlamentinin komitə sədri: "Marneulidə vəziyyət süni şəkildə gərginləşdirilir"

21.10.17 17:01 2992
Gürcüstan parlamentinin komitə sədri: "Marneulidə vəziyyət süni şəkildə gərginləşdirilir"
Gürcüstanda azərbaycanlıların sıx yaşadığı Marneuli rayonunda səsvermə prosesi zamanı gərginlik yaşanıb.

APA-nın Gürcüstan bürosunun məlumatına əsasən, rayonun 58 saylı seçki məntəqəsində müxalif "Avropalı Gürcüstan” partiyası fəalının hakim "Gürcü Arzusu” Partiyasının nümayəndələri tərəfindən fiziki təzyiqə məruz qaldığı bildirilir.

Hadisə ilə bağlı "Avropalı Gürcüstan” partiyasının liderlərindən olan Giqa Bokeriya Marneuliyə səfər edib. O, faktla bağlı Daxili İşlər Nazirliyinə müraciət olunacağını bildirib.

Gürcüstan parlamentinin Hüquqi məsələlər üzrə komitə sədri Eka Beseliya da Marneulidədir. Onun sözlərinə görə, rayonda vəziyyət süni olaraq gərginləşdirilir.

E.Beseliya müxalifəti seçicilərin səsvermə prosesində sakit mühitdə iştirak etməsinə şərait yaratmağa çağırıb.
banner

Oxşar Xəbərlər