• çərşənbə axşamı, 23 aprel, 15:30
  • Baku Bakı 24°C

Gürcüstan fındıq istehsalı sahəsində Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edir

11.09.20 11:15 530
Gürcüstan fındıq istehsalı sahəsində Azərbaycan və Türkiyə ilə əməkdaşlıq edir
Gürcüstan fındıq istehsalı sahəsində Azərbaycan və Türkiyə ilə sıx əməkdaşlıq edir.
Trend-in məlumatına görə, bunu Gürcüstanın Ətraf mühitin mühafizəsi və kənd təsərrüfatı naziri Levan Davitaşvili deyib.
O xatırladıb ki, ötən ilin avqustunda Türkiyədə üç ölkənin kənd təsərrüfatı nazirlikləri arasında Strateji əməkdaşlıq barədə Bəyannamə imzalanıb:
"Biz aparıcı fındıq istehsalçıları olan Gürcüstan, Azərbaycan və Türkiyədə müntəzəm olaraq festival keçirməyi qərara almışıq”.
Qeyd edək ki, sentyabrın 7-də Gürcüstanın Zuqdidi şəhərində ilk dəfə fındıq festivalı keçirilib. Bu tədbirin hər il keçirilməsi nəzərdə tutulub
banner

Oxşar Xəbərlər