• cümə, 19 Aprel, 20:30
  • Baku Bakı 24°C

Gürcüstan ekspertləri: “BTQ Cənubi Qafqaz və Mərkəzi Asiyaya tərəqqi gətirəcək”

01.11.17 11:40 710
Gürcüstan ekspertləri: “BTQ Cənubi Qafqaz və Mərkəzi Asiyaya tərəqqi gətirəcək”
"Bakı-Tbilisi-Qarsdəmir yolunun istifadəyə verilməsinin Cənubi Qafqaz regionu üçün çox mühüm əhəmiyyəti var. Bu yol Gürcüstan üçün faktiki olaraq Avropa ilə birinci dəmir yolu əlaqəsidir. Gürcüstan bu dəmir yolu ilə iqtisadi gücünü möhkəmləndirməyə nail olacaq”.

Bu sözləriAPA-ya açıqlamasında Gürcüstanın əməkdar jurnalisti, politoloqBadri Naçkebiyadeyib. O bildirib ki, BTQ həm də Çin tərəfindən elan olunmuş "Bir kəmər, bir yol” layihəsinin bir mərhələsidir: "Biz Gürcüstan, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya regionunda yeni tərəqqiyə şahid olacağıq. Gələcəkdə Gürcüstan, Türkiyə, Azərbaycan və Mərkəzi Asiya regionu ölkələrinin təmsil olunacağı yeni iqtisadi birliyin yaradılacağını istisna etmirəm”.

B. Naçkebiya BTQ dəmir yolunun regionda siyasi vəziyyətə də müsbət təsir edəcəyini hesab edir: "Bu dəmir yolu regionda sabitliyi daha da möhkəmləndirəcək”.

Gürcüstanın İnkişafının Kompleks Problemlərinin Araşdırılması Mərkəzinin direktoru, siyasi elmlər doktoru, professorLevan Metrevelidə BTQ dəmir yolunun böyük iqtisadi və siyasi əhəmiyyətə malik olduğunu vurğulayıb: "Bakı-Tbilisi-Qarsdəmir yolu həm Gürcüstan, Türkiyə, Azərbaycan, həm də Mərkəzi Asiya ölkələrinin iqtisadiyyatlarına artıq təsir edir. Gələcək nəsillər də bu layihənin əhəmiyyətini çox yüksək qiymətləndirəcəklər. Azərbaycan və Gürcüstan tərəfdaş ölkələrlə birgə "Bir kəmər, bir yol” layihəsi çərçivəsində yeni əməkdaşlıq mərhələsinə nail olublar”.

Ekspertin fikrincə, BTQ region ölkələrinin siyasi vəziyyətinə müsbət təsir edəcək: "Dəmir yolunun istifadəyə verilməsi bizə çox da dost olmayan ölkələr üçün zərbə oldu”.
banner

Oxşar Xəbərlər