• çərşənbə axşamı, 19 mart, 14:09
  • Baku Bakı 8°C

Gürcüstan DİN Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb

23.10.17 20:45 2909
Gürcüstan DİN Azərbaycan vətəndaşının saxlanılması ilə bağlı məlumat yayıb
GürcüstanDaxili İşlər Nazirliyi(DİN) Tbilisinin Varketili rayonunda keçirilmiş xüsusi əməliyyat barədə məlumat yayıb.

APA-nın yerli bürosu məlumata istinadla xəbər verir ki, əməliyyat zamanı Gürcüstan vətəndaşı ilə yanaşı 1984-cü il təvəllüdlü E.B. adlı Azərbaycan vətəndaşı da saxlanılıb.

İstintaqla müəyyən olunub ki, saxlanılan şəxslər 1986-cı il təvəllüdlü B.M. adlı şəxsə hədə-qorxu gələrək ondan 2 min dollar tələb ediblər. Onlar zərərçəkən şəxsdən pul alan zaman saxlanılıblar.

Faktla bağlı hədə-qorxu ilə pul tələb etmə maddəsi üzrə istintaq aparılır.

***

20:04

GürcüstanDaxili İşlər Nazirliyi(DİN) Tbilisinin Varketili rayonunda xüsusi əməliyyat keçirib.

APA-nın yerli bürosunun məlumatına əsasən, əməliyyat zamanı Gürcüstan vətəndaşı ilə yanaşı Azərbaycan vətəndaşı da saxlanılıb.

Saxlanılan şəxslərin iş adamından hədə-qorxu yolu ilə pul tələb etdikləri bildirilir.
banner

Oxşar Xəbərlər