• cümə, 29 Mart, 18:11
  • Baku Bakı 14°C

Gürcüstan baş naziri: “Rusiya ilə müzakirələr apardıq, yekunda SOCAR-la anlaşdıq”

09.06.16 16:22 913
Gürcüstan baş naziri: “Rusiya ilə müzakirələr apardıq, yekunda SOCAR-la anlaşdıq”
"Rusiya ilə yalnız texniki məsələlərlə bağlı danışıqlar aparılıb. Lakin yekun nəticədə hökumət daha sərfəli şərtlərlə Azərbaycanın SOCAR şirkəti ilə anlaşma əldə edib".

APA-nın Gürcüstan mətbuatına istinadən verdiyi məlumata görə, bunu Gürcüstan baş naziri Georgi Kvirikaşvili müxalifətin hökuməti Rusiyanın "Qazprom” şirkəti ilə gizli danışıqlar aparması ilə bağlı ittihamlarına cavab olaraq bildirib.

O, "Qazprom” ətrafında gedən prosesləri siyasi spekulyasiya adlandırıb.

Kvirikaşvili həmçinin qeyd edib ki, Saakaşvili iqtidarı dönəmində Rusiya şirkətləri Gürcüstana daha çox investisiya yatırırdılar.
banner

Oxşar Xəbərlər