• cümə axşamı, 25 aprel, 13:07
  • Baku Bakı 23°C

Gürcüstan baş naziri Azərbaycan prezidentinə zəng edib

23.02.17 16:00 963
Gürcüstan baş naziri Azərbaycan prezidentinə zəng edib
Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili Azərbaycan prezidentiİlham Əliyevə telefonla zəng edib.
APA-nın Azərbaycan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Gürcüstanın baş naziri xanım Mehriban Əliyevanın Azərbaycanın birinci vitse-prezidenti təyin olunması ilə bağlı təbriklərini çatdırıb və əminliyini ifadə edib ki, bu təyinat Gürcüstan-Azərbaycan əlaqələrinin daha da möhkəmlənməsi işinə öz müsbət təsirini göstərəcək.
Prezidentİlham Əliyevgöstərilən diqqətə və təbrikə görə minnətdarlığını bildirib.
Prezidentİlham Əliyevvə Giorgi Kvirikaşvili siyasi, iqtisadi, energetika və digər sahələrdə əlaqələrimizin bundan sonra da uğurla inkişaf edəcəyinə əmin olduqlarını bildiriblər.
Dövlət başçısı qeyd edib ki, bu gün "Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin üçüncü toplantısı uğurla keçirilib və Gürcüstanın bu tədbirdə yüksək səviyyədə təmsil olunduğuna görə Giorgi Kvirikaşviliyə minnətdarlığını ifadə edib.
Prezidentİlham Əliyevvə Gürcüstanın baş naziri gələcək təmaslar və səfərlər barədə də danışıblar.
banner

Oxşar Xəbərlər