AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gürcüstan Azərbaycandan mis filizi və konsentratı idxalını təxminən 3 dəfə artırıb

Gürcüstan Azərbaycandan mis filizi və konsentratı idxalını təxminən 3 dəfə artırıb

İqtisadiyyat
26 May 2020, 18:15 338
Cari ilin yanvar-aprel aylarında Gürcüstanın Azərbaycandan idxal etdiyi mis filizi və konsentratlarının həcmi təxminən üç dəfə artıb.
AZƏRTAC xəbər verir ki, bu barədə Gürcüstanın Milli Statistika Xidməti məlumat yayıb.
Bildirilir ki, hesabat dövründə Gürcüstan Azərbaycandan 5949,3 min ABŞ dolları dəyərində, 2311,0 ton mis filizi və konsentratları idxal edib.
Keçən 2019-cu ilin eyni dövründə isə Gürcüstan Azərbaycandan 1604,9 min dollar həcmində 716,1 min ton mis filizi və konsentratları alıb.