AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gürcü nazir Fatih Terimlə görüşdü

Gürcü nazir Fatih Terimlə görüşdü

İdman
16 Noyabr 2012, 12:07 1491
Gürcüstanın enerji və təbii ehtiyatlar naziri, sabiq futbolçu Kaxa Kaladze Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terimlə görüşüb. Görüş “sarı-qırmızılar”a məxsus Florya Mətin Oktay bazasında baş tutub.

Terim Kaladzeyə arxasında onun adı yazılmış forma hədiyyə edib. O, hələ İtaliyanın “Milan” komandasının baş məşqçisi olduğu vaxt rəhbərliyi altında çıxış etmiş futbolçunu görməkdən böyük məmnunluq ifadə edib: “Kaladze çox yaxşı futbolçu idi, indi isə siyasətdə uğur qazanacağına inanıram”.

Qeyd edək ki, Kaxa Kaladze “Qalatasaray”ın həftəsonu “Karabükspor”, gələn həftə isə İngiltərə “Mançester Yunayted”i ilə Çempionlar Liqasında keçirəcəyi oyunları “Türk Telekom Arena”da izləyəcək.