• cümə, 19 Aprel, 17:34
  • Baku Bakı 25°C

Gürcü nazir: Cənub Qaz Dəhlizi layihəsi Gürcüstanın enerji təhlükəsizliyinin gücləndirilməsində həlledici əhəmiyyətə malikdir

01.01.21 20:45 1261

"Şahdəniz” yatağından hasil olunan təbii qazın Cənub Qaz Dəhlizi vasitəsilə nəqlinə başlanılması Gürcüstanın enerji təhlükəsizliyinin gücləndirilməsində həlledici əhəmiyyətə malikdir.
AZƏRTACxəbər verir ki, bunu Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Natia Turnava deyib.
O bildirib ki, bu gün Gürcüstandan keçən enerji dəhlizinin inkişafı üçün çox mühüm gündür. İrimiqyaslı regional Cənub Qaz Dəhlizi layihəsi çərçivəsində təbii qaz Azərbaycanın "Şahdəniz” yatağından Gürcüstan və Türkiyə vasitəsilə Avropaya çatdırılır.
N.Turnava deyib ki, layihə Gürcüstanın enerji təhlükəsizliyinin gücləndirilməsində həlledici əhəmiyyətə malikdir. Bu layihə Gürcüstanın enerji müstəqilliyini möhkəmləndirir, ölkənin geosiyasi mövqeyindən səmərəli istifadəyə imkan verir. Bir il əvvəl Trans-Anadolu qaz kəmərinin açılışı olub və hazırda biz layihənin məntiqi sonunun – təbii qazın Qafqazdan Avropaya tədarük olunmasının şahidiyik.
banner

Oxşar Xəbərlər