• cümə axşamı, 28 mart, 23:13
  • Baku Bakı 13°C

“Günümüzün ustad aşıqları” seriyasından sonuncu kitab da işıq üzü görüb

18.06.17 17:23 1736
“Günümüzün ustad aşıqları” seriyasından sonuncu kitab da işıq üzü görüb
Azərbaycan Aşıqlar Birliyinin (AAB) yeni layihəsi olan "Günümüzün ustad aşıqları” seriyasından sonuncu – doqquzuncu kitab da işıq üzü görüb.
AAB-danAZƏRTAC-a bildirilib ki, 2016-cı ilin sonlarından başlayan layihə çərçivəsində çağdaş dövrümüzdə Azərbaycan aşıq sənətində öz dəst-xətti ilə seçilən Əməkdar İncəsənət Xadimi Ədalət Nəsibov, Əməkdar Mədəniyyət işçiləri - İsfəndiyar Rüstəmov, Ulduz Sönməz, Mahmud Məmmədov, Xanmusa Musayev, Yanvar Bədəlov, Haşım Qubalı, Fətulla Əliyev və Əli Quliyevin hər birinə ayrıca kitab həsr olunub. Xatırladırıq ki, bu ustad aşıqlardan dördü – Ədalət Nəsibov, İsfəndiyar Rüstəmov, Mahmud Məmmədov və Ulduz Sönməz həm də Prezident təqaüdçüləridir. Bu ustad sənətkarların həyat və sənət yolundan bəhs edən kitablarda eyni zamanda, onlar haqqında respublikamızın tanınmış elm və sənət adamlarının ürək sözləri, onlara ithaf olunmuş şeirlər və eləcə də, özlərinin yaradıcılıqlarından seçmə nümunələr də yer alıb.
Kitabların məsləhətçisi Azərbaycan Aşıqlar Birliyinin sədri, Əməkdar Elm Xadimi, professor Məhərrəm Qasımlı, nəşrə hazırlayanı və redaktoru isə AAB-ın katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğludur.
banner

Oxşar Xəbərlər