• cümə axşamı, 28 mart, 16:02
  • Baku Bakı 16°C

Günəşli hava davam edəcək, duman olacaq

21.02.17 14:30 874
Günəşli hava davam edəcək, duman olacaq
Bakı və Abşeron yarımadasında fevralın 22-dəhavadəyişkən buludlu, əsasən yağmursuz keçəcək. Bəzi yerlərdə duman olacaq.
Cənub-qərb küləyi gündüz şimal-qərb küləyi ilə əvəz olunacaq.
Ekologiya və Təbii Sərvətlər NazirliyindənAPA-ya verilən məlumata görə, havanın temperaturunun gecə 1-4° isti, gündüz 8-12° isti, Bakıda gecə 1-3° isti, gündüz 10-12° isti olacağı gözlənilir.
Atmosfer təzyiqi 767 mm civə sütunundan 761 mm civə sütununa enəcək.
Nisbi rütubət gecə 75-85 %, gündüz 55-65 % təşkil edəcək.
Tibbi-meteoroloji proqnoza əsasən, fevralın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün nisbətən əlverişlidir.
Azərbaycanın rayonlarındahavaşəraiti əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Qərb küləyi əsəcək.
Havanın temperaturunun gecə 2° şaxtadan 3°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacağı gözlənilir.
banner

Oxşar Xəbərlər