• cümə, 19 Aprel, 10:48
  • Baku Bakı 13°C

Günəş sistemində yeni planet tapıldı

13.07.16 13:34 1058
Günəş sistemində yeni planet tapıldı
Beynəlxalq alimlər qrupu Günəş sistemində daha bir cırtdan planet aşkarlayıb.
Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) APA-ya verilən məlumata görə, Neptun planetindən sonra yerləşən 2015 RR245 işarəli obyekt Günəş sisteminin səkkizinci və ən uzaq planeti hesab edilir. İxtira Havay adalarında dəniz səviyyəsindən 4204 metr hündürlükdə yerləşən Mauna-Kea vulkanının zirvəsində quraşdırılmış Kanada-Fransa-Havaylar Teleskopu vasitəsiylə əldə olunan məlumatlar əsasında gerçəkləşib.
Tədqiqatlar Günəş sisteminin xarici sahəsinin öyrənilməsi üzrə OSSOS (Outer Solar System Origins Survey) layihəsi çərçivəsində aparılıb. Yeni 2015 RR245 işarəli planet çox uzunsov orbitə malikdir. Bizim ulduzumuzdan obyekt maksimum 120 a.v. (astronomik vahid) məsafəyə qədər uzaqlaşaraq, 34 a.v. məsafəyə qədər yaxınlaşır.
Qeyd edək ki, 1 a.v. Yer kürəsi ilə Günəşin arasında olan orta məsafəyə bərabərdir. Bu planetdə bir il Yerin 700 ilindən artıq davam edir.
2015 RR245 işarəli planetin xüsusiyyətlərini araşdırmağa davam edən tədqiqatçıların ilkin hesablamalarına əsasən, obyektin Günəşlə maksimal yaxınlaşması yalnız 2096-cı ildə baş tutacaq. Bu tarixə yaxın bir zamanda astronomlar planet, Günəş sisteminin formalaşması və digər planetlər haqqında yeni məlumatlar əldə etmək imkanı qazanacaqlar.
banner

Oxşar Xəbərlər