• şənbə, 20 Aprel, 12:12
  • Baku Bakı 23°C

Günəş istilik sistemləri ilə bağlı mağaza açıldı

24.02.17 18:57 5219
Günəş istilik sistemləri ilə bağlı mağaza açıldı
Azərbaycanda ilk alternativ enerji şirkəti olan Provitaz Bakı şəhərində ilk mağazasının açılışını etdi. Tədbiri giriş sözü ilə açan Provitaz şirkәtinin tәsisçisiKnut-Erlend Rosvold bildirdi ki, şirkət Azərbaycanda günəş enerjisi və bu kimi sahələrdə yeniliklər edir: "Bizim əsas ofisimiz, günəş su qızdırıcı panelləri istehsal edən zavodumuz Lənkəranda yerləşir. Bakıda isə ilk mağazamızı açırıq. Hədəf Azərbaycanda alternativ enerjiyə insanların marağının artırılması, qənaət etmələrinə şərait yaratmaq və ətraf mühiti qorumaqdır. Günəş istilik kollektorları hətta soyuq hava şəraitində 60 faiz nəticə göstərir. Yayda isə 80 faiz olur. Nə qədər ki, günəşin üzünü bulud tutmur, o qədər də günəşin istiliyindən - şüasından istifadə etməklə istilik əldə etmək olar.Günəş istilik sistemləri, günəş elektrik sistemləri, hibrid telekommunikasiya sistemləri, bərpa olunan enerji həlləri və s. bizim mağazamızda satışda olacaq”.
Açılışda Norveç Krallığınınölkəmizdəki fövqəladə və səlahiyyətli səfiriBard İvar Svendsen, Alternativ və Bərpa Olunan EnerjiMənbələri üzrə DövlətAgentliyinin nümayəndəsi də iştirak edirdi. Onlar çıxışlarında alternativ enerji sahəsində görülən işlərin önəmindən danışdılar, şirkətin gələcək fəaliyyətində uğurlar arzuladılar.
Aygün






banner

Oxşar Xəbərlər