• cümə axşamı, 28 mart, 17:48
  • Baku Bakı 16°C

Gün.Az 5 yaşında

02.05.16 17:50 1397
Gün.Az 5 yaşında
Gün.Az İnformasiya Agentliyi fəaliyyətə başlamasının 5 ilini arxada qoydu.
2011-ci ilin 2 may tarixində Azərbaycan media məkanına qədəm qoyanGün.Azgeridə qalan 5 ildə özünə layiqli yer tuta bilib.
Xəbər siyasətində hər zaman obyektivliyi və milli dəyərləri üstün tutan agentlik geniş oxucu kütləsinin rəğbətini qazana bilib. Gün.Az-ın peşəkar kollektivi istər dövlət qurumları, istərsə də həmkar media qurumları ilə dostluq münasibətləri qurmağı bacarıb.
Peşəkar müxbir heyətinə malik olmaqla yanaşı, həm də Azərbaycan mediasına yeni jurnaslitlər qazandıran Gün.Az İnformasiya Agentliyi dəfələlər yerli və beynəlxalq mükafatlara da layiq görülüb. Həmçinin, ölkəmizi ayrı-ayrı vaxtlarda qlobal tədbirlərdə də təmsil edib.
5 illik yubileyimiz münasibətilə bütün Gün.Az-çıları, həmçinin bu illər ərzində bizimlə olan, xəbərlərimizi oxuyan dəyərli oxucularımızı təbrik edirik!
banner

Oxşar Xəbərlər