• cümə, 29 Mart, 18:29
  • Baku Bakı 14°C

Gün ərzində 12-33 qram lifli qidanın qəbul edilməsi məsləhət görülür

25.02.21 21:15 418
Gün ərzində 12-33 qram lifli qidanın qəbul edilməsi məsləhət görülür
Sağlamlıq əslində sağlam və qatqıların olmadığı qidalardan başlayır. Sağlam qidalanmanın əsasını təşkil edən komponentlərdən biri lifli qidalardır. Aparılan tədqiqatlara əsasən gün ərzində hər kəsə 12-33 qram arasında lifli qida qəbul etmək məsləhət görülür. Lifli məhsullarla qidalanma qan təzyiqini normaya salır, xolesterol səviyyəsini tənzimləyir, həmçinin mədə-bağırsaq sisteminin sağlamlığına müsbət təsir göstərir. Meyvə-tərəvəz və paxlalı bitkilərdə olan bəzi lif növləri orqanizmdə kalsium kimi əhəmiyyətli mineralların sorulmasına kömək edir.
AZƏRTACxəbər verir ki, Bakıdakı 20 nömrəli poliklinikanın həkim-terapevti Solmaz Musayeva deyib: "Lifli qidalar əsasən avokado, əncir və paxlalı bitkilərin tərkibində daha çox olur. Artıq çəkidən azad olmağa, hormonal sistemin tənzimlənməsinə kömək edir. Yaşından, cinsindən asılı olmayaraq hər kəsin lifli qidalar qəbul etməsi gün ərzində metabolizmi sürətləndirir. Lifli qidaların bir faydası da insanı tox tutmasıdır. Onun sayəsində həm də düzgün qaydada artıq kilolardan xilas olmaq mümkündür. Qəbul edilən hər 1000 kalori üçün 14 qram lif tövsiyə olunur. Bu, yetkin qadınlarda 25, kişilərdə isə 38 qram lif deməkdir. Həmin qidalar maddələr mübadiləsini sürətləndirir, eyni zamanda, ürək xəstəliklərinin inkişafının qarşısını alır”.
Mütəxəssislər gündəlik qida rasionunda lifli qidalara yer ayırmağın vacibliyini qeyd edirlər. Hesab edilir ki, bu növ məhsullara üstünlük vermək daha sağlam həyat tərzi sürməyə səbəb olur.
banner

Oxşar Xəbərlər