• cümə axşamı, 25 aprel, 09:04
  • Baku Bakı 14°C

Gülüstan türbəsi kitabının təqdimatı keçirilib - Fotolar

11.02.17 09:15 1308
Gülüstan türbəsi kitabının təqdimatı keçirilib - Fotolar
AMEA Naxçıvan Bölməsində Gülüstan türbəsi kitabının təqdimat mərasimi keçirilib.

Tədbirdə bölmənin sədri, akademik İsmayıl Hacıyevmüstəqilliyimizin bərpasından sonra Naxçıvan Muxtar Respublikasında bütün sahələrlə yanaşı,bu bölgənin tarixinin öyrənilməsi, qaranlıq səhifələrin işıqlandırılması istiqamətində mühüm işlərin görüldüyünü diqqətə çatdırıb. Bildirib ki,muxtar respublikada qədim yaşayış yerləri, tаriхi-memаrlıq аbidələ qeydə аlınır, mövcud olan abidələrdə tədqiqatlar aparılır, məlum olmayan abidələr üzə çıxarılaraq tədqiq edilir. Günümüzə gəlib çatan abidələr içərsində türbələrin özünəməxsus yeri olduğunu söyləyən İsmayıl Hacıyev bildirib ki, bu tarixi türbələrdən biri də XII əsr memarlığının gözəl və təkrarolunmaz nümunəsi –Culfa rayonu ərazisində yerləşən dünya əhəmiyyətli Gülüstan türbəsidir.

Vurğulanıb ki, Naxçıvan Muxtar RespublikasıAli Məclisi Sədrinin 7 oktyabr 2015-ci il tarixli Sərəncamına əsasən Gülüstan türbəsielmi və tarixi əsaslarla bərpa edilib.Gülüstan türbəsi muxtar respublika sakinləri ilə yanaşı, diyarımıza gələn xarici qonaqlar tərəfindən rəğbətlə qarşılanır və regiona gələnturistlərin böyük marağına səbəb olur.

Təqdimat mərasimində Naxçıvan Muxtar Respublikası Ali Məclisi Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Rəhman Məmmədov çıxış edərək bildirilib ki,bütün sahələrdə uğurlu yol keçən muxtar respublikada irimiqyaslı tikinti-quruculuq, abadlıq və bərpa işləri aparılıb, tarixə, mədəniyyətə, təhsilə və elmə qayğı atrırılıb. Qeyd olunub ki, genişmiqyaslı quruculuq tədbirləri bölgədə mövcud olan memarlıq abidələrimizi də əhatə edib. Müstəqillik illərinə qədər qorunmayan, təbliğ edilməyəntarixi abidələrimizdə son illər aparılan bərpa və təmir işləri bu sənət əsərlərinin uçub-dağılmaq təhlükəsindən xilas edib. Bu abidələr içərisində Naxçıvanın qədim memarlıq məktəbinin qiymətli abidələrindən biriolan Gülüstan türbəsidə var.Türbədə bərpa işləri aparılaraq tarixliyi saxlanılmaqla əzəli görkəmi özünə qaytarılıb.

Bildirilib ki, Naxçıvan Muxtar RespublikasıAli Məclisi Sədrinin "Naxçıvan Muxtar Rеspublikası ərazisindəki tarix və mədəniyyət abidələrinin qоrunması və paspоrtlaşdırılması işinin təşkili haqqında” 6 dekabr 2005-ci il tarixi Sərəncamına əsasən muxtar respublika ərazisində tarix və mədəniyyət abidələri qeydə alınaraq pasportlaşdırılıb.

Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondunun təşkilatçılığı ilə 3 dildə (Azərbaycan, ingilis rus) nəşr olunanGülüstan türbəsi kitabı tariximizin, mədəniyyətimizin təbliği sahəsində görülən işlərə dəyərli töhfədir. Kitabda Naxçıvan Muxtar RespublikasıAli Məclisi Sədrinin türbənin bərpası ilə bağlı imzaladığı sərəncamın mətni, türbənin tarixi, memarlıq xüsusiyyətləri, onun ətrafında tarix-memarlıq abidələri haqqında məlumatlar, eyni zamanda türbənin bərpadan əvvəl və bərpadan sonrakı çəkilmiş fotoşəkilləri yer alıb.

Tədbirdə AMEA Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun direktoru Fəxrəddin Səfərli, həmin institutun şöbə müdiri, AMEA-nın müxbir üzvü Vəli Baxşəliyev, şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov çıxış edərək tariximizin təbliğinin vacibliyindən, ictimaiyyətə təqdim olunan nəşrin əhəmiyyətindən bəhs ediblər.

Sonda akademik İsmayıl Hacıyev elm xadimləri adından tariximizin hərtərəfli araşdırılmasına, ərazidəki tarix və mədəniyyət abidələrinin bərpası, tədqiqi və təbliğinə göstərdiyi diqqət və qayğıya görə Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.


banner

Oxşar Xəbərlər