AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gültəkin Hacıbəylinin əmlakına həbs qoyulub

Gültəkin Hacıbəylinin əmlakına həbs qoyulub

Təfsilat
04 Sentyabr 2013, 13:41 817
“Bakı Apelyasiya Məhkəməsi bu gün keçirilən prosesdə sabiq deputat, Milli Şuranın üzvü Gültəkin Hacıbəylinin əmlakına həbs qoyub”. Bu məlumatı virtualaz.org saytına açıqlamasında G.Hacıbəylinin keçmiş qayınanası Nəhayət Məmmədovanın vəkili Ziyad Abbaszadə verib.

Qeyd edək ki, sabiq deputatın qayınanası Nəhayət Məmmədova keçmiş gəlinindən 50 min ABŞ dolları təzminat tələb etmişdi.

İşə baxan Nəsimi Rayon Məhkəməsi iddianı təmin edib. Bu qərarla razılaşmayan G.Hacıbəyli Bakı Apelyasiya Məhkəməsinə müraciət edib. İşə Bakı Apelyasiya Məhkəməsində baxılıb.

Qeyd edək ki, Nəhayət Məmmədovanın oğlu Mahmud Mehdiyevlə G.Hacıbəyli boşanıblar. N.Məmmədovanın tələb etdiyi pulun isə vaxtilə G.Hacıbəyli tərəfindən borc kimi alındığı bildirilir. Bütövlükdə sabiq deputatla keçmiş əri arasında uzun müddətdən bəri davam edən ailə münaqişəsi var. M.Mehdiyev G.Hacıbəylini doğma oğlunu əlindən almaqda, onu övladının üzünə həsrət qoymaqda ittiham edir.