“Güllə Yağışı” abidəsi önündə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – Fotolar

“Güllə Yağışı” abidəsi önündə 20 Yanvar şəhidlərinin xatirəsi anılıb – Fotolar

Cəmiyyət
20 Yanvar 2017, 14:45 1467
Biləcəri qəsəbəsi "Güllə Yağışı” abidəsinin önündə 20 Yanvar faciəsinin 27-cı  ildönümünə həsr olunmuş anım mərasimi keçirilib.
 
Tədbirdə Rayon İcra Hakimiyyəti  başçısının birinci müavini İlqar Süleymanov, Rayon İcra Hakimiyyəti  başçısının müavinləri Vüsar İsmayılov və Aygün Əliyeva, Aparatın şöbə müdirləri, rayonun hüquq mühafizə orqanları və icra strukturlarının rəhbərləri, rayon sakinləri olan 20 Yanvar əlilləri və şəhid ailələrinin üzvləri, fəal gənclər və rayon ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
 
Biləcəri qəsəbəsində 20 Yanvar şəhidlərinin xatirəsinə ucaldılmış "Güllə Yağışı” abidəsinin önünə gül dəstələrinin qoyulması ilə başlayan anım mərasimində faciə qurbanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Aparıcı 20 Yanvar faciəsi barədə məlumat verərək, Azərbaycan xalqının istiqlal mübarizəsi tarixində 20 Yanvar şəhidlərinin öz qanları ilə yazdıqları şərəfli səhifədən danışıb.
 
Tədbirdə "20 Yanvar” Cəmiyyətinin rayon şöbəsinin sədri Mübariz İsmayılov, 20 Yanvar şəhidi Fərizə Allahverdiyevanın anası Bağda Nəbiyeva və Binəqədi Rayon İcra Hakimiyyəti başçısının birinci müavini  İlqar Süleymanov  çıxış edərək 20 Yanvar  faciəsindən 27 il ötməsinə baxmayaraq həmin o məşəqqətli günlər hər birimizin yaddaşına əbədi həkk olunduğunu diqqətə çatdırıblar. Natiqlər qeyd ediblər ki, həmin gün Azərbaycan tarixində qanla yazılmış bir səhifədir, ancaq  təkcə faciə deyil. Bu tarix Azərbaycanın istiqlal yolunun ilk zirvəsi, milli məfkurəmizin azadlıq istəyinin oyanış günü idi. Natiqlər çıxışlarında vurğulayıblar ki, bütün sahələrdə həyata keçirdiyi layihələri, xeyirxahlıq missiyası ilə nəinki ölkəmizdə, dünyada diqqət mərkəzində olan Heydər Əliyev Fondu və onun Prezidenti Mehriban xanım Əliyeva müharibə veteranlarının, şəhid ailələrinin, əlillərin problemlərinə də böyük qayğı ilə yanaşır. Heydər Əliyev Fondu 20 Yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, faciə qurbanlarının ailələrinin problemlərinin həlli, sağlamlığının bərpası istiqamətində mühüm işlər görür. O cümlədən, çıxışlarda qələbə gününün uzaqda olmadığını diqqətə çatdıran natiqlər bu qələbəyə həm də Azərbaycanın bugünkü hərtərəfli uğurları, bütün dünyada gündən-günə artan nüfuzu, dövlətimizin  başçısı, Ali Baş Komandan, Prezident İlham Əliyevin bu istiqamətdə qətiyyətli addımlarının da zəmanət verdiyini bildiriblər.
 
Daha sonra tədbirdə Şirzad Pirallahının ifasında vətənpərvərlik şeri və Azərbaycanın tanınmış hərbi diktoru, hərbi vətənpərvərlik mahnılarının ifaçısı, "Vətənpərvərliyin Təbliğinə Dəstək" İctimai Birliyinin sədri Şəmistan Əlizamanlının ifasında vətənpərvərlik mahnısı ifa edilib.
 
Anım mərasimi bitdikdən sonra gecə saatlarına qədər tədbir iştirakçıları və rayon ictimaiyyəti "Güllə Yağışı” abidəsinin önünə gül dəstələri qoyaraq xalqımızın azadlığı yolunda canlarından keçən şəhidlərin ruhuna öz ehtiramlarını bildiriblər.