• çərşənbə axşamı, 19 mart, 09:11
  • Baku Bakı 8°C

“Gulfood 2018” sərgisində iştirak üçün müraciət müddəti uzadılıb

22.11.17 09:10 2508
“Gulfood 2018” sərgisində iştirak üçün müraciət müddəti uzadılıb
Gələn il fevralın 18-22-də Dubayda keçiriləcək "Gulfood" beynəlxalq ərzaq sərgisində vahid ölkə stendində iştirak üçün ixracatçıların müraciətlərinin qəbulu bu il dekabrın 15-dək uzadılıb.
İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, vahid ölkə stendində 50 şirkət iştirak edəcək. İştirakçılar müsabiqə əsasında seçiləcək.
Müsabiqə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Kollegiyasının 2016-cı il 18 oktyabr tarixli 19 nömrəli Qərarı ilə təsdiq edilmiş "Dəstək tədbirlərində iştirak edəcək ixracatçıların seçilməsi üçün müsabiqənin təşkili və keçirilmə Qaydası" əsasında dekabrın 28-də AZPROMO-da təşkil olunacaq.
Seçim meyarları: ixracatçının nümayiş olunacaq məhsulları üzrə istehsal potensialı – 10 bal; nümayiş olunacaq məhsulların hədəf ölkəyə ixrac potensialı – 10 bal; sahibkarın əvvəllər ixrac təcrübəsinin olub-olmaması (2015-ci ildə ixrac etdiyi məhsullarının miqdarını göstərməklə) – 5 bal; meyarların cəmi üzrə minimum keçid balı: 20 (iyirmi) bal.
Vahid ölkə stendində iştirak etmək üçün ərizə; nümayiş olunacaq məhsulların siyahısı; sahibkarın istehsal və ixrac potensialı və əvvəllər ixrac təcrübəsinin olmasına dair sənədlər və ya məlumatlar dekabrın 15-dək AZPROMO-ya təqdim edilməlidir.
banner

Oxşar Xəbərlər