• cümə axşamı, 25 aprel, 03:22
  • Baku Bakı 19°C

Güləşçilərimiz Dağıstandan bir dəst medalla qayıdıb

02.12.19 09:15 484
Güləşçilərimiz Dağıstandan bir dəst medalla qayıdıb
Dağıstanın Babayurt şəhərində sərbəst güləş üzrə yeniyetmələr arasında beynəlxalq turnir keçirilib.
Azərbaycan Güləş Federasiyasından Trend-ə verilən məlumata görə, məşqçi Namiq Quliyevin rəhbərliyi altında yarışa qatılan sərbəst güləşçilərimiz bir dəst medal qazanıb. Bütün rəqiblərinə qalib gələn Ramik Heybətov (55 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
Saqadulla Ağayev (92 kq) gümüş, Ayxan Mərdanov (110 kq) isə bürünc medalı boynundan asıb.
banner

Oxşar Xəbərlər