AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gülər Əhmədovanın skayp danışıqları polisdə

Gülər Əhmədovanın skayp danışıqları polisdə

Təfsilat
13 Avqust 2013, 09:37 864
Ötən ilin dekabrın 26-da İstanbulda dünyasını dəyişən Sevinc Babayevanın ölümü ilə bağlı aparılan istintaqda ilginc detallar üzə çıxıb. Bunlardan biri də İstanbulda olduğu müddətdə S.Babayeva ilə sabiq deputat arasındakı ünsiyyətin formaları ilə bağlıdır. İstintaqdakı mənbələrdən “Yeni Müsavat”a verilən xəbərə görə, bu ünsiyyət daha çox skayp danışıqları vasitəsilə baş tutub.

Danışıqlar S.Babayevanın müvəqqəti istifadəsində olan, amma onun Türkiyədəki hamisi Səlcuq Ağlayana məxsus cib telefonu vasitəsilə baş tutub. S.Ağlayan isə istintaqa ifadəsində bu danışıqlardan bixəbər olduğunu, “məndən zəng etmək üçün telefonumu istədi, mən də verdim, amma nə cür istifadə etdiyi barədə məlumatım yoxdur” deyib. Mənbəmizin verdiyi məlumata görə, ikili söhbətlər zamanı daha çox şifrəli danışıblar. Ad çəkmədən, bəzi işarələrlə, özəlliklə də rus dilində danışan S.Babayeva ilə G.Əhmədovanın söhbətləri istintaqın əlindəki əsas dəlillərdən sayılır. Həmin söhbətlərdə G.Əhmədova rəfiqəsinə xüsusi məsləhətlər verib.

Bundan başqa, istintaqın əlində S.Babayeva İstanbulda olduğu müddətdə ora gedən və onunla görüşən G.Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədovun da görüntüləri var. Bu görüntülər F.Əhmədovun bir neçə gün boyunca qaldığı “Beynova” otelində çəkilib. Həmin otelin lobbisində S.Babayevanın da görüntüləri qeydə alınıb. Hazırda istintaq məhz bu sübutlar üzərində işləyir. Türkiyədə aparılan ilkin istintaq zamanı müstəntiq Handan Balcı sözügedən detalların araşdırılması üçün səy göstərib.