AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gülər Əhmədovanın qəzeti bağlandı

Gülər Əhmədovanın qəzeti bağlandı

Təfsilat
20 Dekabr 2012, 17:08 1549
«Mərkəz» qəzeti fəaliyyətini dayandırıb. Bu barədə Lent.az-a qəzetin redaktoru Coşqun Cəlaloğlu məlumat verib:

«Mərkəz» qəzeti iki gündür ki, çıxmır. Qəzetin fəaliyyətinin dayandırmasına daha çox maliyyə problemləri səbəb olub. Qəzetin bütün yükü kollektivin üzərinə düşmüşdü. Nəticə də qəzet fəaliyyətini dayandırdı”.

C.Cəlaloğlu qəzetin yenidən işıq üzü görəcəyini də istisna etməyib. «Gələcəkdə qəzetin fəaliyyətinin bərpa olunacağı gözlənilir»-deyə redaktor əlavə edib.

«Mərkəz» qəzetinin təsisçisi və baş redaktoru sabiq deputat Gülər Əhmədovadır.