AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gülər Əhmədovanın ad gününə sürpriz

Gülər Əhmədovanın ad gününə sürpriz

Təfsilat
20 Avqust 2013, 13:59 1063
Bu barədə “Qafqazinfo”ya açıqlama verən Gülər Əhmədovanın həyat yoldaşı Fikrət Əhmədov bu gün xanımına baş çəkəcəyini deyib:

“Düzü, görüşəcəyimizi dəqiq bilmirik. Amma yemək aparacağıq”.

Fikrət Əhmədov həmçinin bildirib ki, Gülər Əhmədovanın yanına kiçik oğlu Tamerlanla gedəcək.

Qeyd edək ki, Gülər Əhmədova ötən il fevralın 13-də elə kiçik oğlunun doğum günüdə həbs olunub. O, Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq) və 307.2-ci (qabaqcadan vəd etmədən ağır cinayəti gizlətmə) maddələri ilə ittiham olunur.

Xatırladaq ki, Gülər Əhmədova 1965-ci il avqustun 20-də Bakı şəhərində anadan olub. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun riyaziyyat fakültəsini fərqlənmə diplomu ilə bitirib. Psixologiya elmləri namizədidir.

O, 1986-cı ildən Bakıda texniki peşə məktəbində müəllim, orta məktəbdə müəllim, direktor müavini vəzifələrində çalışıb. 1994-cü ildən Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin baş təlimatçısı, şöbə müdiri, idarə rəisi, 1996-cı ildən Azərbaycan Respublikası Uşaq Təşkilatının sədri olub. Bakı Dövlət Universitetinin müəllim işləyib.

Gülər Əhmədova 3 dəfə millət vəkili seçilib. Belə ki, o 2000-2005, 2005-2010-cu illərdə Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilib, Sonuncu dəfə 3 əvvəl Milli Məclisə keçirilən seçkilərdə 34 saylı Xətai ikinci seçki dairəsindən YAP-ın vahid namizədi kimi iştirak edib və qalib gəlib.

Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr daimi komissiyasının və Avropa İttifaqı − Azərbaycan parlament əməkdaşlığı komitəsinin üzvü olub.

Gülər Əhmədovanın Toğrul, Əkbər və Tamerlan adında 3 oğlu var.