• cümə, 29 Mart, 10:34
  • Baku Bakı 5°C

Gülər Əhmədova Sevinc Babayevanın oğlunu tutdurmaq istəyir

17.05.13 10:57 1301
Gülər Əhmədova Sevinc Babayevanın oğlunu tutdurmaq istəyir
Hazırda həbsdə olan sabiq deputat Gülər Əhmədovanın vəkilləri Sevinc Babayevanın oğlu Ayxan Məmmədov və anası Zəhra Bayramova ilə bağlı istintaq orqanı qarşısında vəsatət qaldıracaqlar.
Bu barədə APA-ya məlumat verən vəkil Raqif Mustafayev bildirib ki, Ayxan Məmmədov və Zəhra Babayeva Gülər Əhmədovaya böhtana atdıqları üçün barələrində tədbir görülməlidir: "Biz onların cinayət məsuliyyətinə cəlb olunmaları və yaxud hansısa tədbir görülməsi üçün istintaq orqanı qarşısında vəsatət qaldıracağıq. Hazırda sənədləri hazırlayırıq. Hər iki şəxs mətbuat orqanlarına verdikləri müsahibələrində müdafiə etdiyim şəxsə böhtan atıblar. Ayxan hər zaman iddia edirdi ki, anasını Gülər Əhmədova zəhərləyib. Lakin belə bir şey baş verməyib. Bunu ekspertizanın rəyi də təsdiq edib”.
R. Mustafayev ötən gün Gülər Əhmədova ilə görüşdüyün də bildirib: "Gülər xanım əvvəlki günlərə baxanda özünü yaxşı hiss edir. Bir qədər sakitləşib”.
banner

Oxşar Xəbərlər