• cümə, 29 Mart, 11:43
  • Baku Bakı 5°C

Gücsüzlük Kərimlini qarşıdurmaya sürükləyir

16.10.19 18:59 527
Gücsüzlük Kərimlini qarşıdurmaya sürükləyir
Hər kəlməbaşı qanundan danışan Əli Kərimli qanunlara hörmətsizliyini açıq şəkildə ortaya qoyur. "Bakı Şəhər İcra Hakimiyyəti mitinqin yerini və vaxtını dəyişə bilməz”-demək qanunlara hörmətsizlikdən, Əli Kərimlinin məhz qarşıdırma istəməsindən qaynaqlanır.
Əgər Əli Kərimli bu ölkənin vaxtilə yüksək post tutmuş adamıdırsa, bilməlidir ki, dövlət orqanları qanuna əsaslanan qərarlarında sərbəstdir və ölkənin maraqları tələb edən məsələlərdə heç kimə, heç nəyə güzəştə getməyə borclu deyil.
Mitinq sabitliyin pozulması, qarşıdurma hallarının meydana çıxması baxımından dövlət qurumları üçün ciddi yanaşma tələb edir, çünki müxalif partiyaların, başda AXCP olmaqla, qarışıqlıqdan faydalanmaq xüsusiyyəti, belə bir fürsətə meyilli olması istər-istəməz məsuliyyəti artırır, bu mənada Bakı Şəhər İcra Hakimiyyəti öz işini qanunlar çərçivəsində görür. Əli Kərimli bəyənsə də, bəyənməsə də.
Bakı Şəhər İcra Hakimiyyətinin timsalında hakimiyyəti o zaman ittiham etmək olar ki, sərbəst toplaşmaq azadlığını boğsun, siyasi partiyalara fikrini demək üçün ünvan-məkan verməsin. Məkan verilib-Lökbatan. Sözü olan, dəstəyi olan, tərəfdarları olan partiya üçün problem olmamalıdır. Amma görünür ki, Əli Kərimli üçün var: adam yoxdur!
Heç bir kameranın yaddaşı kütləvi etiraz səhnəsini tirajlaya bilməyəcək. Onun kiflənmiş şüarları insanlara gərək deyil və daha kimsəni aldatmaq, cəzb etmək gücü də yoxdur.
Öz ölkəsini gözdən salmaq üçün sifarişlə işləyən Əli Kərimli əlbəttə məqsədinə nail olmaq üçün dinc durası adam deyil. Reytinq axtarır, diqqət mərkəzində qalmağı hansı yolla olur-olsun, bacarmağa çalışır, odur ki, gözünü "28 may” metrosunun həndəvərinə dikir.
Daha doğrusu, o, siyasi hiyləgərlik edir-bilir ki, metro ətrafı aktiv hərəkət məkanıdır; dinləyici yığacaq; sosial şəbəkələrdə ona qulaq asanlardan yaxşı bir şəkil paylaşacaq, başlıcası, icazəsiz olduğu üçün bu mitinqə səlahiyyətli qurumların müdaxiləsi meydana çıxacaq, beləliklə, əlinə sərt bir məruzə keçəcək-hakimiyyəti insanların sərbəst toplaşmaq azadlığına qarşı çıxmaqda ittiham edəcək.
Bundan başqa, müxalif düşərgədə güclü partiya, cəsarətli partiya boşluğu yaşanır, AXCP sədri ictimai rəydə öz təşkilatını bu yerə hazırlamaq üçün çarpışır. İcazəli aksiyada buna nail ola bilmədiyindən, icazəsiz aksiya variantında bunu sınaqdan keçirmək istəyir.
Budur Kərimlinin məqsədi! Yoxsa ki, onun nə mitinq üçün gücü var, nə sözü!

Əslində qanuna hörmətsizlik, qarşıdurma cəhdlərinə maraqlı olmaq Əli Kərimlini cəmiyyət və dövlət qarşısında günahkar çıxarır və hər təqsirin, məsuliyyətsizliyin bir qarşılığı olduğuna görə Əli Kərimli üçün də tədbirlər görülməlidir.
Üstəlik, Əli Kərimlinin səmimiyyəti çatmalıdır ki, hakimiyyətin verdiyi ünvanlara getməməyin səbəbini dürüstcəsinə ictimai rəyə açıq izah etsin. Həqiqətən onda etiraf böyüklüyü varsa...
Elman Babayev
banner

Oxşar Xəbərlər