• şənbə, 20 Aprel, 01:29
  • Baku Bakı 15°C

Güclü leysan rayona ciddi ziyan vurdu

08.07.14 11:57 919
Güclü leysan rayona ciddi ziyan vurdu
Daşkəsən rayon İcra Hakimiyyəti başçısının müavini, rayon Fövqəladə Hallar Komissiyasının sədri Cavanşir Qocayevin verdiyi məlumata görə, leysan nəticəsində Daşkəsən - Xoşbulaq və Daşkəsən Dəstəfur yoluna qaya parçaları tökülüb, sözü gedən istiqamətdə avtomobillərin hərəkəti dayanıb.
Müsahibin bildirdiyinə görə, xüsusi texnika vasitəsi ilə yollar qaya parçalarından təmizlənir. Məlumata görə, güclü leysan rayonun 6 yaşayış məntəqəsini də elektrik enerjisiz qoyub. Cavanşir Qocayev selin yaratdığı fəsadların aradan qaldırılması istiqamətində işlər görüldüyünü bildirib./apa/
banner

Oxşar Xəbərlər