• cümə, 29 Mart, 06:08
  • Baku Bakı 5°C

GUAM sammitinin yekunlarına dair bəyanat qəbul olunub

27.03.17 16:00 598
GUAM sammitinin yekunlarına dair bəyanat qəbul olunub
Kiyevdə Demokratiya və İqtisadi İnkişaf Naminə Təşkilata (GUAM) üzv ölkələrin hökumət başçıları sammitin yekunlarına dair birgə bəyanatla çıxış edib.
APA-nın Ukrayna hökumətinin saytına istinadən verdiyi məlumata görə, sənəddə GUAM məkanındakı münaqişələrin qurumun üzv ölkələrin davamlı inkişafına maneçilik törətdiyi vurğulanıb.
Bəyanatda deyilir ki, üzv ölkələr Avropa ilə Asiyanı birləşdirən, rəqabətli tranzit marşrutu olan GUAM nəqliyyat dəhlizinin inkişafını davam etdirəcək, dövlət və fərdi müəssisələri ondan daha fəal istifadə etməyə sövq edəcək.
Həmçinin GUAM üzv ölkələrin iş adamlarının təşkilat ərazisindəki azad ticarət zonasının imkanlarından istifadə etməyə təşviq ediləcəyi, bunun iqtisadi və ticarət münasibətləri yolunda maneələrin aradan qaldıracağını qeyd olunub, bu sahələrdə əməkdaşlığın dərinləşməsində əlverişli şərait yaradıldığı vurğulanıb.
Üzv ölkələr həmçinin regional layihələr və çoxtərəfli əməkdaşlıq proqramlarının həyata keçirilməsində beynəlxalq tərəfdaşlarla əlaqələri gücləndirməyə hazır olduqlarını açıqlayıb. Onlar GUAM ərazisində təhlükəsizlik və sabitliyə dəstək üçün davamlı sosial-iqtisadi inkişaf, rifah və etibarlığı təmin etmək məqsədi ilə bütün sahələr üzrə əməkdaşlığı davam etdirəcəyini razılaşdırıblar.
banner

Oxşar Xəbərlər