• cümə, 29 Mart, 18:19
  • Baku Bakı 14°C

GUAM PA-nın sessiyasında Dağlıq Qarabağ məsələsi qaldırılıb

18.12.17 11:15 1576
GUAM PA-nın sessiyasında Dağlıq Qarabağ məsələsi qaldırılıb
"GUAM-a üzv ölkələri ümumi ağrı - ərazi bütövlüyü məsələsi birləşdirir”.
APA-nın yerli bürosunun məlumatına görə, bunuMilli Məclisin GUAM PA-dakı nümayəndə heyətinin rəhbəri Azər Kərimli Tbilisidə keçirilən GUAM Parlament Assambleyasının 10-cu illik sessiyasında deyib.
O bildirib ki, regional təhlükəsizlik strateji əhəmiyyətə malikdir: "Ermənistanın tərəfindən Azərbaycan ərazisinin 20 faizi işğal altındadır və bu torpaqlardan qanunsuz istifadə davam edir. Münaqişə ilə bağlı beynəlxalq təşkilatlar tərəfindən mühüm sənədlər qəbul olunsa da, Ermənistan məhəl qoymur vəBMTTəhlükəsizlik Şurasının qətnamələrini qəbul etmir. Azərbaycanın ərazi bütövlüyü bərpa olunmalı və 1 milyondan çox azərbaycanlı qaçqın vəməcburi köçkün geri qayıtmalıdır”.
A. Kərimli beynəlxalq ictimaiyyəti münaqişələrin həlli istiqamətində daha aktiv səylər göstərməyə çağırıb.
Deputat Azərbaycanın region və Avropanın enerji təhlükəsizliyinə verdiyi əhəmiyyətli töhfədən də danışıb. O qeyd edib ki, oktyabrın 30-daBakı-Tbilisi-Qarsdəmir yolunun istifadəyə verilməsi tarixi hadisədir. "Bu yol Avropa və Asiya arasında ən qısa və etibarlı yoldur. BTQ kimi layihələr regionun cəlbediciliyini artırır”.
banner

Oxşar Xəbərlər