• cümə axşamı, 25 aprel, 13:37
  • Baku Bakı 23°C

GUAM Katibliyi Ermənistanın təxribatını qınayıb

13.07.20 19:15 637
GUAM Katibliyi Ermənistanın təxribatını qınayıb
GUAM Katibliyi Ermənistan silahlı qüvvələrinin iyulun 12-də Azərbaycanın Tovuz rayonu istiqamətində hücumunu qınayıb.
APA-nın xəbərinə görə, bu barədə təşkilatın "Twitter” hesabında paylaşım edilib.
Bildirilib ki, münaqişələr təşkilata üzv ölkələrin inkişafına mane olur.
"GUAM Katibliyi Ermənistan silahlı qüvvələrinin Ermənistan-Azərbaycan dövlət sərhədi boyunca Tovuz rayonu istiqamətindəki hücumunu qınayır. Biz bir daha vurğulayırıq ki, GUAM bölgəsində münaqişələr rifah, stabillik və firavanlığa mane olur”, - deyə qeyd olunub.
banner

Oxşar Xəbərlər