• cümə, 19 Aprel, 12:48
  • Baku Bakı 25°C

GUAM-a üzv ölkələrə işğal olunmuş ərazilərlə bağlı əməkdaşlıq təklif edilib

15.12.16 14:20 1232
GUAM-a üzv ölkələrə işğal olunmuş ərazilərlə bağlı əməkdaşlıq təklif edilib
"Azərbaycan GUAM-a üzv ölkələrə işğal olunmuş ərazilərlə bağlı əməkdaşlıq təklif edib”.
APA-nın məlumatına görə, bunu Azərbaycanın xarici işlər naziriElmar MəmmədyarovGUAM PA-nın Bakıda keçirilən 9-cu sessiyasında bildirib. O qeyd edib ki, GUAM-a üzv ölkələr - Ukrayna, Azərbaycan və Moldova oxşar problemlərlə üzləşib. GUAM-ın nüfuzunun gündən günə artdığını deyən nazir bu məsələdə əməkdaşlığın effektiv olacağını bildirib: "GUAM-a üzv dövlətlər əlaqələri gücləndirmək üçün ilk növbədə müstəqillik və suverenliyini möhkəmləndirməlidir, məruz qaldığı işğal və münaqişə faktından qurtulmalıdır. GUAM-a üzv olan 4 ölkə demək olar ki, oxşar problemdən əziyyət çəkir. Bunun üçün də əməkdaşlığı daha da gücləndirməliyik. Bütün bunlar GUAM-a üzv ölkələrin inkişafına və əhalisinin firavan həyatının təmin olunmasına gətirib çıxaracaq”.
banner

Oxşar Xəbərlər