• cümə, 26 Aprel, 15:19
  • Baku Bakı 23°C

Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq

09.04.20 15:45 616
Görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi qeyd olunacaq
May ayında AMEA-nın Fəlsəfə İnstitutunda görkəmli filosof Ziyəddin Göyüşovun 100 illik yubileyi keçiriləcək. İnstitutdanAZƏRTAC-a bildirilib ki, yubiley tədbirinin keçiriləcəyi günlə bağlı əlavə məlumat veriləcək.
Ziyəddin Göyüşov 1920-ci ildə Ağdam şəhərində anadan olub. 1938-1939-cu illərdə Ağdam Pedaqoji Texnikumunda, 1945-1950-ci illərdə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tarix fakültəsinin nəzdindəki Fəlsəfə şöbəsində təhsil alıb. O, 1943-cü ildə Ağdam rayonunda yerli radio verilişləri redaksiyasına rəhbərlik edib, 1957-ci ildə fəlsəfə doktoru, 1963-cü ildə elmlər doktoru, 1964-cü ildə isə professor elmi adını alıb. 1976-cı ildə Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü seçilib, Fəlsəfə və Hüquq İnstitutunda Fəlsəfə tarixi şöbəsinin müdiri olub.
Alim Azərbaycanda ilk çoxcildli milli ensiklopediyanın yaradılmasında fəal iştirak edib, Azərbaycan Sovet Ensiklopediyası Elmi Şurasının üzvü olub.
Z.Göyüşov Azərbaycanda fəlsəfi-etik fikir tarixi problemləri ilə məşğul olub və bu sahədə elmi istiqamət yaradıb. Azərbaycan fəlsəfə tarixi və etikaya dair dəyərli əsərlərin müəllifidir. Onun çoxsaylı əsərlərində əxlaq tərbiyəsinin ən mühüm problemlərindən biri – insanın özünüdərketməsi problemi tədqiq olunur.
Filosof alim 1982-ci ildə Bakı şəhərində vəfat edib.
banner

Oxşar Xəbərlər