• cümə axşamı, 25 aprel, 10:50
  • Baku Bakı 14°C

“Grand Prix 2019”: Şəhriyar Məmmədyarov qələbənin bir addımlığında

23.07.19 14:08 16429
“Grand Prix 2019”: Şəhriyar Məmmədyarov qələbənin bir addımlığında
FIDE-nin və "World Chess” şirkətinin Riqada birgə təşkil etdiyi "Grand Prix 2019” seriyasının final oyunları çərçivəsində iyulun 23-də cavab görüşləri keçiriləcək.
AZƏRTACxəbər verir ki, Azərbaycan qrossmeysteri Şəhriyar Məmmədyarov Fransa təmsilçisi Maksim Vaşe-Laqrav ilə daha bir oyun keçirəcək. Şahmatçımız qələbənin bir addımlığındadır və bunun üçün növbəti oyunu heç-heçə başa vurması kifayətdir. Belə ki, ötən gün keçirilmiş birinci partiyada Ş.Məmmədyarov M.Vaşe-Laqrava qalib gəlib.
Pley-off sistemi üzrə keçirilən Qran-Pridə göstərilən nəticələrə görə şahmatçıların adına xallar yazılır. Sonda yığılan xallara görə ilk iki yeri tutmuş şahmatçı iddiaçılar turnirinə vəsiqə qazanacaq.
banner

Oxşar Xəbərlər