• çərşənbə, 24 Aprel, 11:18
  • Baku Bakı 13°C

Giorgi Kvirikaşvili: “Seçkilərdə azərbaycanlı namizədlərin qələbə çalacağına mənim heç bir şübhəm yoxdur”

20.08.16 20:38 1320
Giorgi Kvirikaşvili: “Seçkilərdə azərbaycanlı namizədlərin qələbə çalacağına mənim heç bir şübhəm yoxdur”
"Parlament seçkilərində deputatlığa namizədliyini vermiş azərbaycanlı vətəndaşlarımızın seçiləcəyinə mənim heç bir şübhəm yoxdur. Onlar bu seçkilərdə qalib gələcəklər”.APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu sözləri Gürcüstanın baş naziri Giorgi Kvirikaşvili "Gürcü Arzusu-Demokratik Gürcüstan” tərəfindən parlament seçkilərində azərbaycanlı namizədlər haqqında bildirib.

O,APA-ya açıqlamasında azərbaycanlı namizədlərin peşəkar olduqlarını, yerli problemləri dərindən bildiklərini bildirib: "Bizim bu namizədlərin qalib gələcəyinə heç bir şübhəmiz yoxdur”, - deyə baş nazir qeyd edib.

Qeyd edək ki, Gürcüstan parlamentinə seçkilərdə iştirak etmək üçün "Gürcü Arzusu-Demokratik Gürcüstan”-dan Qardabanidən Savalan Mirzəyev və Marneulidən Ruslan Hacıyev və digər şəxslər namizədliyini irəli sürüblər.

Xatırladaq ki, Gürcüstanda parlament seçkiləri oktyabrın 8-də keçiriləcək
banner

Oxşar Xəbərlər