• cümə, 26 Aprel, 02:01
  • Baku Bakı 16°C

Gərginlik davam edir

06.02.20 11:42 2155
Gərginlik davam edir
"Barselona”da Lionel Messi ilə klubun idman direktoru Erik Abidalın qarşılıqlı ittihamlarından sonra yaranan gərginlik davam edir.
Kaspi.az xəbər verir ki, Abidal Ernesto Valverdenin qovulmasında futbolçuları ittiham etmişdi. Bildirmişdi ki, məhz futbolçular Valverdeni istəmirdilər.
Onun bu açıqlamasına Lionel Messi sərt etiraz etmişdi. Abidalı məsuliyyətsizlikdə ittiham edən Leo, ondan konkret ad çəkməyi tələb etmişdi.
Bu qarşıdurmadan sonra məsələyə "Barselona”nın prezidenti Xosep Mariya Bartomeu müdaxilə etməli olub. O, Erik Abidalı qəbul edib. İki saat çəkən görüşdən sonra Bartomeu Abidalı istefaya göndərməməyə qərar verib.
Amma bununla belə, Abidalın bu görüşdən narazı qaldığı da bildirilir.
banner

Oxşar Xəbərlər