• çərşənbə axşamı, 19 mart, 08:10
  • Baku Bakı 8°C

George Tsereteli: “Effektiv danışıqların davam etdirilməsi zəruridir”

14.07.20 09:52 459
George Tsereteli: “Effektiv danışıqların davam etdirilməsi zəruridir”
ATƏT-in Parlament Assambleyasının prezidenti George Tsereteli Azərbaycan-Ermənistan dövlət sərhədinin Azərbaycanın Tovuz rayonu istiqamətində baş verən insidentə münasibət bildirib.
APA-nın Gürcüstan bürosu xəbər verir ki, G.Tsereteli özünün "Twitter” hesabında etdiyi paylaşımında həlak olanlara görə təəssüf hissi keçirdiyini qeyd edib və tərəfləri effektiv kanallarla təcili danışıqları bərpa etməyə çağırıb.
"ATƏT PA adından Azərbaycan və Ermənistan sərhədində atəşkəsin pozulmasına görə dərin narahatlığımı ifadə edir, həlak olanlara görə təəssüf hissi keçirirəm. Dərhal de-eskalasiya və ATƏT-in Minsk Qrupu həmsədrlərinin və bütün maraqlı tərəflərin iştirakı ilə yenilənmiş və effektiv danışıqların davam etdirilməsi zəruridir”, - deyə G.Tsereteli bildirib.
banner

Oxşar Xəbərlər