• şənbə, 20 Aprel, 14:08
  • Baku Bakı 23°C

Geni dəyişdirilmiş məhsullara nəzarət gücləndirilir

19.09.13 11:41 1630
Geni dəyişdirilmiş məhsullara nəzarət gücləndirilir
«APA-Economics»in məlumatına görə, iclasda Komitənin 2013-cü il yaz sessiyasının yekunlarına dair gördüyü işlər barədə və qanunvericilik işləri planı ilə bağlı müzakirələr aparılıb.
Belə ki, Komitənin üzvü olan millət vəkilləri Prezident Administrasiyası tərəfindən baxılmağa göndərilmiş 6 qanuna dəyişikliklərin edilməsi ilə bağlı layihələr üzrə müzakirələr aparıblar. Bu sənədlər «Seleksiya nailiyyətləri haqqında», «Toxumçuluq haqqında», «Yeyinti məhsulları haqqında», «Üzümçülük və şərabçılıq haqqında», «Kənd təsərrüfatında sığortanın stimullaşdırılması haqqında» və «Ekoloji təmiz kənd təsərrüfatı haqqında» qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutur.
Qanun layihələri müsbət qiymətləndirilərək baxılmaq üçün Milli Məclisin plenar iclaslarına tövsiyyə olunub.
Aqrar siyasət Komitəsinin sədri Eldar İbrahimov bildirib ki, son zamanlar Azərbaycanda geni modifikasiya edilmiş (QMO) məhsulların sayı artıb: «Bu qanunların qəbulu ölkəyə gətiriləcək geni dəyişdirilmiş məhsulların qarşısını almağa kömək edəcək və geni dəyişdirilmiş məhsullarla mübarizəni daha da gücləndirəcək».
Millət vəkili qeyd edib ki, bu qanunların qəbulu ölkə vətəndaşlarının daha sağlam yaşaması və onların sağlamlığının qorunması üçün atılan növbəti addımdır: «Biz çalışacağıq ki, ölkəyə geni dəyişdirilmiş məhsulların gətirilməsini, bu məhsulların ölkə bazarlarında satılmasına və əkilib-becərilməsinə məhdudiyyətlər qoyaq».
Bu məqsədlə, qanunvericiliyə müvafiq dəyişikliklər ediləndən sonra Nazirlər Kabineti, Dövlət Gömrük Komitəsi və Kənd Təsərrüfatı Nazirliyinə tapşırıqlar veriləcək.
Komitə üzvləri qanun layihələrinin müzakirəsi zamanı xaricdən Azərbaycana gətirilən məhsullara nəzarətin gücləndirilməsini, bu məhsulların təyin edilməsi üçün avadanlıqların gətirilməsini və bununla bağlı yeni laboratoriyaların yaradılmasını vacib sayırlar.
banner

Oxşar Xəbərlər