• çərşənbə, 24 Aprel, 20:28
  • Baku Bakı 23°C

Gender bərabərliyinin təminatı sahəsində bir çox tədbirlərin görülməsinə ehtiyac var

22.05.20 14:22 577
Gender bərabərliyinin təminatı sahəsində bir çox tədbirlərin görülməsinə ehtiyac var
Azərbaycanda gender bərabərliyinin təminatı sahəsində görülmüş irimiqyaslı tədbirlərə baxmayaraq, hazırda bu sahədə bir çox tədbirlərin görülməsinə ehtiyac duyulur.
Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin Qadın problemləri və gender məsələləri şöbəsinin müdir müavini Səbinə Talışinskaya deyib.
O əlavə edib ki, Azərbaycanın qanunvericiliyində cinsi mənsubiyyətinə görə ayrı-seçkilik yolverilməzdir. Bu əməlin törədilməsinə görə cinayət məsuliyyəti nəzərdə tutulub: "Lakin buna baxmayaraq həyatın müxtəlif sahələrində, xüsusilə də ailə həyatında fərqli formalarda ayrı-seçkiliyin təzahürləri ortaya çıxır. İllərlə formalaşmış mənfi gender stereotipləri və qadına qarşı ayrı-seçkilik normaya çevrilib”.
S.Talışinskaya bildirib ki, beynəlxalq sənədlər bu halların aradan qaldırılması üçün xüsusi tədbirlərin görülməsini tövsiyə edir. İlk növbədə ölkə ərazisində bütün mümkün resurslardan (o cümlədən, təhsil və mədəniyyət müəssisələri, gənclər üçün mərkəzlər, qadın resurs mərkəzləri cəlb edilməklə) istifadə etməklə əhali arasında maarifləndirmə işləri gücləndirilməlidir.
banner

Oxşar Xəbərlər