• cümə, 29 Mart, 04:50
  • Baku Bakı 7°C

Gənclər və İdman Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat köçürüb

24.03.20 19:00 603
Gənclər və İdman Nazirliyi Koronavirusla Mübarizəyə Dəstək Fonduna 30 min manat köçürüb
Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyi bütün dünyanı narahat edən koronavirus (COVID-19) infeksiyası ilə mübarizədə ölkə əhalisinin sağlamlığının qorunması, yoluxma hallarının qarşısının alınması istiqamətində dövlətimiz tərəfindən həyata keçirilən tədbirləri dəstəkləyir.
Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, nazirlik Prezident İlham Əliyevin təşəbbüsünə qoşularaq dövlətimizin başçısının Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fonduna əməkdaşların əməkhaqlarının bir hissəsini, 30 min manat məbləğində vəsaiti köçürüb.
banner

Oxşar Xəbərlər