AZƏRBAYCANDA KORONAVIRUSLA BAĞLI XƏBƏRLƏR

Gənclər üçün Prezident mükafatı təsis olunacaq

Gənclər üçün Prezident mükafatı təsis olunacaq

Siyasət
11 Yanvar 2013, 13:22 1866
Azərbaycanda fərqlənən gənclər üçün Prezident mükafatı təsis olunacaq.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsindən Trend-ə bildirilib ki, artıq bununla bağlı normativ hüquqi sənəd təsdiq olunması üçün Ədliyyə və Maliyyə nazirliklərinə təqdim edilib.

Gənclərin stimullaşdırılması üçün təsis edilən Prezident mükafatının məbləği 10 min manat təşkil edəcək.

"Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramı çərçivəsində hazırlanan mükafat üç istiqamət - elm və təhsil, mədəniyyət və incəsənət, ictimai fəallıq üzrə fərqlənən gənclərə təqdim olunacaq.

Mükafat ölkə və xalq naminə görülmüş işin nəticəsinə görə, il ərzində elm-təhsil sahəsində ixtiraya, mədəniyyət və incəsənət sahəsində Azərbaycanı yüksək səviyyədə təmsilçiliyə, geniş ictimai fəaliyyətə görə veriləcək və hər il hansısa şəxsin seçilməsi mütləq şəkildə deyil.

Qeyd edək ki, əvvəllər fərqlənən gənclərə mükafatı Gənclər və İdman Nazirliyi təqdim edirdi və və maksimum məbləği 500 manat təşkil edirdi.

İyulun 7-də qəbul olunan "Azərbaycan gəncliyi 2011-2015-ci illərdə" Dövlət Proqramında təhsil alan gənclərə sosial dəstəyin artırılması ayrıca bənd kimi göstərilib.