• cümə, 19 Aprel, 09:22
  • Baku Bakı 13°C

Gənclər üçün art-texnologiyalar yay məktəbi keçirilib

22.08.13 14:41 1655
Gənclər üçün art-texnologiyalar yay məktəbi keçirilib
YeniSi Ədəbiyyat və Mədəniyyət Təzəhürləri Mərkəzi Azərbaycan Gənclər Fondunun maliyyə dəstəyi ilə “Gənc araşdırmaçılar üçün YeniSi art-texnologiyalar yay məktəbi” keçirmişdir. Şəki şəhərində baş tutan yay məktəbində gənclər individual baxış formalaşdırmağa, yeni incəsənət araşdırma texnologiyalarını oyrənməyə yönəlmiş təlimlərdən faydalanmışlar.
Məktəbin açılışında Azərbaycan Gənclər Fondunun nümayəndəsi Orxan Ərəbov, YeniSi Ədəbiyyat və Mədəniyyət Təzahürləri Mərkəzinin icraçı direktoru Maral Mustafazadə, təşkilatın media direktoru Aydan Məqsəd qızı və art-direktoru Heyran Mustafayeva çıxış edərək daim inkişaf edən incəsənətin yeni araşdırıcılarının yetişməsinin önəmindən danışmış, bu cür spesifik auditoriya üçün nəzərdə tutulmuş yay məktəbinin ilk dəfə keçirildiyini vurğulamışlar.
Xatırladaq ki, yay məktəbində iştirak üçün gənclər bir ay müddətində incəsənət problemlərini əks etdirən yazıları ilə müraciət etmişdilər. İştirakçılar uğurlu yazıların müəllifləri sırasından intervyu vasitəsi ilə seçilmişdir. Dörd günlük yay məktəbində gənclər “Təsviri incəsənətin əsasları, sənət əsərini necə anlamalı”, “Estetika anlayışı və bugün”, “Layihələrin yazılması və idarə olunması”, “Ədəbi tənqid haqqında. Ədəbi tənqidi necə yazmalı”, “Blog anlayışı və blogging” təlimlərinin iştirakçısı oldular, qazandıqları bilik və bacarıqların nəticəsi kimi fərdi layihələrini təqdim etdilər, Şəki şəhərinin mədəniyyət abidələri ilə tanışlıq qazandılar, maraqlı və faydalı zaman keçirdilər.
Qeyd edək ki, layihənin davamında iştirakçılar yeni araşdırma işlərini təqdim edərək, sertifikatla təltif olunacaq. Yay məktəbinin məzunları olan araşdırmaçı gənclərlə YeniSinin əməkdaşlığı davamlı olacaq.

banner

Oxşar Xəbərlər