• cümə, 19 Aprel, 15:00
  • Baku Bakı 25°C

Gənclər Təşkilatlarının IV Milli Konqresi keçiriləcək

28.04.20 15:30 676
Gənclər Təşkilatlarının IV Milli Konqresi keçiriləcək
Mayın 1-2-də Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Gənclər Təşkilatları Milli Şurasının birgə təşkilatçılığı və ölkədəki gənclər təşkilatlarının iştirakı ilə onlayn formatda Gənclər Təşkilatlarının IV Milli Konqresi keçiriləcək.
Nazirliyin mətbuat xidmətindənAZƏRTAC-a bildiriblər ki, konqresin keçirilməsində əsas məqsəd gənclər təşkilatlarını COVID-19 pandemiyasına qarşı mübarizədə bir araya gətirmək, idarəetmənin səmərəli mexanizmlərinin yaradılması haqqında müzakirələr aparmaq, gənclər siyasətinin həyata keçirilməsində gənclər təşkilatının potensialını gücləndirməkdir. Bununla yanaşı, konqres zamanı gənclər təşkilatları üçün prioritet istiqamət və vəzifələrlə bağlı qərarların qəbul edilməsi də diqqət mərkəzindədir.
Konqresdə gənclər təşkilatlarının rəhbər və nümayəndələri ilə yanaşı, Milli Məclisin deputatları, dövlət rəsmiləri, beynəlxalq təşkilatların və biznes qurumlarının nümayəndələrinin çıxışları dinləniləcək. Eyni zamanda, "Pandemiyanın yaratdığı yeni çağırışlar və yeni imkanlar”, "Gənclər təşkilatlarının keyfiyyət əmsalı” mövzuları ətrafında rəqəmsal öyrətmə və öyrənmənin üstünlükləri, gənclər təşkilatlarının fəaliyyət mexanizmlərinin təkmilləşdirilməsi və onlayn fəaliyyətinin strukturlaşdırılması, gənclər təşkilatlarının fəaliyyətinin onlayn platformalara inteqrasiyası, gənclər təşkilatlarının fəaliyyətinin qiymətləndirilmə mexanizmləri, gənclər təşkilatları tərəfindən gənclər üçün göstərilən xidmətlər, təlimçilərlə işin təşkili istiqamətləri üzrə panellərdə müzakirələr aparılacaq.
Xatırladaq ki, konqresin keçirilmə təşəbbüsü ilk dəfə 2012-ci ilin noyabrında Gənclər Təşkilatlarının IV Respublika sərgisi zamanı Prezident İlham Əliyevin sərgini ziyarət etməsi zamanı irəli sürülüb. Gənclər Təşkilatlarının Milli Konqresi ilk dəfə 2013-cü ildə, daha sonra 2015-ci və 2017-ci illərdə gənclər təşkilatlarının, eləcə də beynəlxalq qurumların nümayəndələrinin iştirakı ilə keçirilib.
Qeyd edək ki, Gənclər Təşkilatlarının IV Milli Konqresinin birinci günü mayın 1-də saat 12:00-14:00-da, ikinci günün birinci hissəsi mayın 2-də saat 12:00-13:30, ikinci hissə isə 17:00-18:45-da olacaq.
Tədbirdə iştirak üçün müraciətlər onlayn qeydiyyat vasitəsilə qəbul olunur. Qeydiyyat üçün son tarix: aprelin 29-u saat 18:00-dir. Qeydiyyat üçün link:https://bit.ly/2VGec5r.
#MysAz #MysGovAz #GənclərvəİdmanNazirliyi #NAYORA #AzGF #IVMilliKonqres
Konqres "Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramının Tədbirlər Planının 5.2.19-ci (Gənclər üçün aktual olan məsələlərin həllində gənclərin qeyri-hökumət təşkilatlarının iştirakını stimullaşdırmaq) yarımbəndinin icrası məqsədilə keçirilir.
banner

Oxşar Xəbərlər