• cümə, 29 Mart, 13:46
  • Baku Bakı 14°C

Gənclər təşkilatları hüquq-mühafizə orqanlarına müraciət ediblər

16.07.20 19:23 579
Gənclər təşkilatları hüquq-mühafizə orqanlarına müraciət ediblər
Ölkəmizdə fəaliyyət göstərən gənclər təşkilatları son günlər sosial şəbəkələrdə təxribat xarakterli materialların paylaşılmasından narahatlıq keçirərək hüquq-mühafizə orqanlarına müraciət ünvanlayıblar.
AZƏRTACxəbər verir ki, müraciətdə iyulun 12-dən etibarən Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistanın hərbi təxribatı nəticəsində başlayan şiddətli döyüşlərin davam etdiyi vurğulanıb, Ordumuzun düşmənin xain hücumunun qarşısını alaraq, onun xeyli sayda hərbi texnikasını, istehkamlarını, müdafiə qurğularını, canlı qüvvəsini məhv etdiyi bildirilib. Qeyd edilib ki, düşmən gizlətməyə çalışsa da, çoxlu sayda itki verərək geri çəkilməyə məcbur olub.
Diqqətə çatdırılıb ki, gənclər təşkilatları bu günlərdə müxtəlif şəxslər tərəfindən internet resurslarında təxribat xarakterli foto və videomaterialların, səs yazılarının, habelə insanlar arasında çaşqınlıq yaradan çağırışları narahatlıqla izləyir, bunları dövlətimizə və millətimizə ən böyük xəyanət kimi qiymətləndirirlər. Onlar erməni xalqının maraqlarına xidmət edən Rəşad Məmmədov adlı şəxsin və digərlərinin sosial şəbəkələrdə paylaşdığı təxribatçı, yalan videodan, səs yazısından, foto və video görüntülərdən daha da qəzəblənərək, insanları təşvişə salan məlumatlar yayan bu şəxsin ən ağır formada cəzalandırılmasını tələb ediblər. Gənclər təşkilatları Rəşad Məmmədov və onun kimi təxribat xarakterli materiallar yayan şəxslərin əsl niyyətlərinin ifşa olunmasını, onların əməlinin dövlətə xəyanət kimi qiymətləndirilməsini və layiqli cəza almalarını tələb ediblər.
Respublikamızın hüquq-mühafizə orqanlarına ünvanlanan müraciəti 55 gənclər təşkilatı imzalayıb.
banner

Oxşar Xəbərlər