• cümə, 19 Aprel, 11:43
  • Baku Bakı 13°C

“Gənclər Evi”ndə “Görüş Yerimiz Qarabağ” tədbiri keçirilib

25.04.16 15:00 1891
“Gənclər Evi”ndə “Görüş Yerimiz Qarabağ” tədbiri keçirilib
Aprelin 24-də Səbail rayon “Gənclər Evi”ndə “Görüş Yerimiz Qarabağ” adlı tədbir keçirilib. Tədbirdə 70-ə yaxın gənc və tələbələr iştirak edib.
Tədbirin qonağı son vaxtlar düşmənlə üzbəüz səngərlərdəki əsgərlərimizi ziyarət edərək, onlara öz dəstəyini göstərən, onların xidmətləri və qayğıları ilə yaxından maraqlanan iş adamı və xeyriyyəçi Səbuhi Rəcəb olub.
Görüş zamanı Səbuhi Rəcəb son vaxtlar cəbhə ərazilərindəki hərbi əməliyyatlara, o cümlədən 3 gün davam edən əməliyyatlar sonrası Azərbaycanın əldə etdiyi uğur və nailiyyətlərə, hərbçilərimizin döyüş ruhu və digər məsələlərə toxunub, fəaliyyəti müddətində qazandığı təcrübələri və bilikləri gənclərimizlə bölüşüb.
Daha sonra görüşdə gəncləri maraqlandıran suallar qonaq tərəfindən cavablandırılıb. Tədbir iştirakçılarının təklifləri və müzakirələri ilə görüş davam etdirilib.

banner

Oxşar Xəbərlər